Moldovanın aşağıbüdcəli aviaşirkəti "FLYONE" Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb.
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
FED.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb.
Artıq yeni marşrut üzrə iyulun 16-da həyata keçirilən ilk reys Bakı aeroportunda qarşılanıb.
Bildirilib ki, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.
FED.az xəbər verir ki, uçuş qiymətləri gündən açılı olaraq bir tərəfə 109-139 avro, yəni 220-280 manat arasında dəyişir.
Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı "FLYONE" aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür", - məlumatda qeyd olunub.















