Bakıda "Mercure" hotelinin rəsmi açılışı olub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat paylaşıb.
"Mercure" qlobal otel şirkəti olan "Accor"a məxsusdur.
"Dövlət Turizm Agentliyinin sədrilə birlikdə"Mercure" hotelinin açılışına qatıldıq. Dünyanın aparıcı markası olan hotel ölkəmizdə bu brend altında açılan ilk mehmanxanadır. 100-dən çox işçinin çalışacağı hotel ölkəmizdə turizm sektorunun inkişafına töhfə verəcəkdir",- Orxan Məmmədov bildirib.
Mercure Hotel İsmayıl-bəy Qutqaşınlı küçəsində yerləşir. Yeni hotel müxtəlif kateqoriyalı 140 otaq təklif edir.