Yaxın vaxtlarda Bakıda dünyanın məşhur otel brendlərindən biri fəaliyyətə başlayacaq.
Tətillərin bitməsi regionlarda hotel və restoran qiymətlərinə - NECƏ TƏSİR EDİB?
FED.az xəbər verir ki, noyabr ayında «The Ritz-Carlton» otelinin açılışı olacaq.
Yeni otel Bakıda «Marriott International, Inc.» otel qrupunun idarə etdiyi növbəti mehmanxana olacaq. FED.az-ın məlumatına görə, «lüks» kateqoriyasına aid olan yeni «The Ritz-Carlton Baku» otelində 190 geniş otaq və suit, lüks mənzillər, şəhərin ən böyük prezident otağı və məşhur Ritz-Carlton servisləri olacaq.
«Geniş prezident otağı evdəki rahatlığı The Ritz-Carlton-un dəbdəbəli və əfsanəvi xidməti ilə birləşdirir»-deyə otel barədə bildirilir.
Bildirilir kpi, yeni otel həm tarixi "Şərq bazarı"na, həm də Heydər Əliyev Mərkəzinə yaxınlığı ilə seçilir.
«2022-ci ilin ikinci yarısında açılacaq otel əlavə olaraq dünya səviyyəli tədbirlər və görüş imkanları təklif edir»- deyə otelin baş meneceri Tino Lindner bildirir.
Oteldə iki qapalı hovuzu olan Spa, fitness mərkəzi və gənc səyahətçilər üçün nəzərdə tutulmuş Ritz Kids proqramı var. The Ritz-Carlton otelinin restoranlarında isə klassik Nyu-York və müasir Kaliforniya mətbəxindən menyular təqdim ediləcək.
Qeyd edək ki, «The Ritz-Carlton Hotel Company» Marriott International, Inc.-in bir hissəsidir və hazırda 30 ölkə və ərazidə 100-dən çox otel və 45-dən çox yaşayış obyekti fəaliyyət göstərir.
Otelin sifarişçisi kimi "Bakı-XXI Əsr" LLC çıxış edir. Otel Yusif Səfərov küçəsinin yuxarı qurtaracağında, keçmiş «Trump Tower»in binasına yerləşir.