Turizm

Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT - MENYU

Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT - MENYU | FED.az
13:16 5 İyul 2019

Uğurlu gün dadlı-ləzzətli səhər yeməyi ilə başlayır

Mütəxəssislər hesab edir ki, səhər yeməyi insan orqanizmi üçün vacibdir. Bütün həftəni işləyən əksər insanlar üçün rahat səhər yeməyi imkanı yalnız həftə sonu yaranır. Bu imkanı  göz oxşayan bir yerdə, dadlı təamlardan ibarət məkanda dəyərləndirmək isə daha yaxşıdır. 

FED.az xəbər verir ki, Bakucity.az paytaxtda səhər yeməyi servis edən restoranları araşdırıb.

“Mado”

“Mado” restoranlar şəbəkəsinin Mərdanov qardaşları 3 (“Tarqovı”) ünvanında yerləşən filialında 6 növdə standart səhər yeməyi menyusu və seçməli səhər yeməkləri təklif olunur.

İsti səhər yeməyi – Pomidor-yumurta (hellim pendiri, kaşar pendiri, göbələk, sucuq, acı bibər və kartoflu);

Mado klassik səhər yeməyi – Ağ pendir, kaşar pendiri, keçi pendiri, su börəyi, kərə yağı, bal, çiyələk mürəbbəsi, zeytun növləri, soyutma yumurta, pomidor, xiyar, çörək növləri, simit və çay – 4 stəkan çay pulsuz, əlavə sifariş olunacaq hər bir stəkan çay 1 AZN; 

Milli səhər yeməyi – Nəhrə yağı, şor, süzmə, pendir, qaymaq, bal, kərə yağı, yumurta, zeytun, ərik, qoz, əncir, pomidor, xiyar, yaşıl reyhan, qara reyhan, pomidor-yumurta, çörək növləri və çay – 4 stəkan çay pulsuz, əlavə sifariş olunacaq hər bir stəkan çay 1 AZN;

Ənənəvi kənd səhər yeməyi – Ağ pendir, otlu pendir, hellim pendiri, örgü pendiri, keçi pendiri, bal, qaymaq, albalı mürəbbəsi, kərə yağı, zeytun növləri, su börəyi, basdırma, pomidor, xiyar, qayğanaq, qızardılmış sucuq və ya menemen, çörək növləri, simit və çay – 8 stəkan çay pulsuz, əlavə sifariş olunacaq hər bir stəkan çay 1 AZN;

Simit səhər yeməyi – Simit arası əridilmiş kaşar pendiri, təzə göyərti, pomidor, xiyar və bir stəkan çay;

Ballı səhər – Bal-qaymaq, isti süd və çörək.



”CafeCity Fountain” 

”Cafe City” restoranlar şəbəkəsinin İslam Səfərli 3 ünvanında yerləşən bu filialı hər səhər müştərilərinə iki növdə standart menyu və seçmə səhər yeməkləri təklif edir. 

İkinəfərlik səhər yeməyi – Sosislər, tost-çörək, ağ pendir, kərə yağı, kəsmikli kökələr, rukola, kök, xiyar və turp;

Qəlyanaltı seti – Qaymaq, bal, şor, ağ pendir;


Seçməli səhər yeməkləri:

Firni sıyığı - Düyü unu, süd, şəkər tozu, darçın; 

Yulaflı sıyıq - Yulaf, qaysı, qara gavalı və ya başqa quru meyvələr, kərə yağı; 

Kükü - Yumurta, göyərti, kərə yağı; 

Sucuqlu qayğanaqqarışıq omlet - Yumurta, toyuq filesi, göbələk; 

Pendirli sendiviç - tərkibi tost-çörək, çedder pendiri, qauda pendiri, kərə yağı, rukola, kök, xiyar, turp; 

Qara tost-sendiviç - Qara çörək, vetçina, yumurta, qauda pendiri, rukola, kök, xiyar, turp; 

Fəsəli – Yumurta, kərə yağı, xəmir, bal; 

Krok-Madam sendviçi – Tost-çörək, dana ətindən salyami, yumurta, kərə yağı, Qauda pendiri, rukola, kök, xiyar, turp; 

Yumurta-skrembl tostda – Tost-çörək, yumurta, qaymaq, kərə yağı; 

Brusketta, qızılbalıq və avokado ilə - Qara çörək, hisə verilmiş qızılbalıq, Filadelfiya pendiri, avokado, pomidor, yumurta; 

Tost, hisə verilmiş toyuq ilə - Tost- çörək, yumurta, qaymaqlı pendir, hisə verilmiş toyuq filesi, rukola, kök, xiyar, turp; 

Pendirli kökələr, kəsmikli kökələr - Giləmeyvəli sous ilə; 

Oladyi - Bal ilə. 


“Baku Cafe”

Kafedə birnəfərlik yemək seti var, amma seçməli səhər yeməkləri menyusu da təşkil olunub.

Birnəfərlik set – Təndir çörəyi,  süzmə və ya qaymaq, bal və ya əncir mürəbbəsi, kərə və ya nehrə yağı, şor və ya duzlu pendir (İsmayıllı pendiri, motal və ya keçi pendiri), yumurta (pomidor-yumurta, omlet, kükü və ya qaynadılmış yumurta), çay və ya kakao - 14 AZN.  

Seçməli səhər yeməkləri – Qutablar (göyərti və ya ətlə), Blinlər (qatılaşdırılmış süd, xama, cem , şokolad yağı ilə), Pankeyklər (giləmeyvələrlə), Sırniklər (qatılaşdırılmış süd, xama, cem , şokolad yağı ilə), Fransa tost-çörəyi , Yulaf sıyığı (giləmeyvələrlə), Düyü sıyığı (portağal ləti ilə), Manna sıyığı (giləmeyvələrlə), Benedikt Aussie yumurta (ətlə), Benedikt yumurta, Florensiyasayağı yumurta, Tost-çörək üzərində bekon ilə nimru, Qayğanaq (qulançar ilə), Krok-Madam, Omlet (göbələk, vetçini, tərəvəzlər, ispanaq və keçi pendiri ilə). 


“Özsüt Baku”

“Özsüt” restoran və kafe şəbəkəsinin bu filialı Atatürk prospektində yerləşir və məkanın şirniyyatları özəl fermalardan gələn təzə südlə hazırlanır. Südlü şirniyyatların əksəriyyəti xüsusi dəyirmanlarda üyüdülmüş düyü unundan bişirilir. 

Burada bir nəfərlik set 12 AZN, iki nəfərlik kəndsayağı səhər yeməyi menyusu isə 25 AZN-ə servis edilir. Məkanda əlavə olaraq seçməli menyu da var. 


“Künefe Evi”

Fəvvarələr Meydanı, Əziz Əliyev küçəsi 33 ünvanındakı kafedə üç adda menyu təklif olunur. 

Klassik səhər yeməyi – Bal, qaymaq, kərə yağı, mürəbbə çeşidləri, ağ pendir, Holland pendiri, pomidor, xiyar, zeytun növləri, sosis, kolbasa, sucuk, yumurta, meyvə şirəsi və çay - 12.00 AZN.

Sərpmə səhər yeməyi süfrəsi – Ağ pendir, Holland pendiri, su börəyi, kərə yağı, bal, mürəbbə çeşidləri, zeytun növləri, soyutma yumurta, pomidor, xiyar, çörək növləri, simit, çay - 18.00 AZN. 

Seçmə səhər yeməyi menyusu

Çay növləri

Yumurta növləri

Tostlar

Qara çay

5.00 AZN

Menemen

6.00 AZN

Holland pendirli tost

5.00 AZN

Yaşıl çay

6.00 AZN

Sahanda yumurta

4.00 AZN

Sucuklu tost

6.00 AZN

Türk çayı

6.00 AZN

Qovurmalı yumurta

10.00 AZN

Su börəyi

5.00 AZN

Quşburnu çayı

6.00 AZN

Qiyməli yumurta

6.50 AZN

Qarışıq tost

7.00 AZN

Almalı çay

6.00 AZN

Sucuklu yumurta

8.00 AZN

Ağ pendirli tost

4.00 AZN

Darçınlı alma çayı

6.00 AZN

Ətli su börəyi

6.00 AZN

“Qazmaq”

İçərişəhərdə yerləşən restoranın menyusu Azərbaycan milli mətbəxinin yeməklərindən ibarətdir. Bundan başqa, “Qazmaq” qonaqlara üç növ səhər yeməyini: Azərbaycan, Rusiya və Amerikansayağı, habelə səhər yeməyini müştərinin istəyinə uyğun hazırlanma imkanı təklif edir.  

Seçmə səhər yeməyi menyusu

Yeməklər

Qiymət

Yumurta növləri

Qiymət

Bal - arı şanında

3.00 AZN

Omlet

2.00 AZN

Kərə yağı

3.00 AZN

Pendirli omlet

3.00 AZN

Nehrə yağı

3.00 AZN

Kolbasa/sosiska ilə omlet

4.00 AZN

Qaymaq

4.00 AZN

Sucuk ilə omlet

6.00 AZN

Motal pendiri

4.00 AZN

Kənd xaması

2.00 AZN

Şor

2.00 AZN

Süzmə

2.00 AZN

Manna sıyıqı

2.00 AZN

Düyü sıyıqı

2.00 AZN

Təndir çörəyi

2.00 AZN

Qayğanaq

2.00 AZN

Soyutma yumurta

2.00 AZN

Pomidor çığırtması

4.00 AZN

Kükü

3.00 AZN

Qaynadılmış sosiska

3.00 AZN

Qızardılmış sucuk

4.00 AZN

Bilinçik kəsmik

2.00 AZN

“Teleqüllə”

Televiziya qülləsinin zirvəsində, 340 metr yüksəklikdə fırlanan bu restoranda seçmə səhər yeməkləri sifariş verə bilərsiniz. Məkanda 1 nəfərlik çay dəsgahı 20.00 AZN-ə servis edilir.  Çay süfrəsi üçün deposit isə adam başına 30 AZN-dir. 

Seçmə səhər yeməyi menyusu

Qiymət

Kərə yağı

2.00 AZN

Pendir

5.00 AZN

Xama

4.00 AZN

Bal

3.00 AZN

Soyutma yumurta və qayğanaq

1.00 AZN

Pomidor yumurta

5.00 AZN

Sosiska

4.00 AZN

Omlet

4.00 AZN

Çay - çaydanda

5.00 AZN

Kofe - qəhvədan

10.00 AZN

Çay dəstgahı

20 AZN

“Billionaire Lounge”

Süleyman Rüstəm küçəsi 47 ünvanında fəaliyyət göstərən resttoranda üç növdə səhər yeməyi servis edilir:  Kobinet depoziti isə 50 AZN-dir. 

Səhər yeməyindən sonra və ya öncə çay dəstgahı sifariş etsəniz, bir nəfər üçün 20.00 AZN ödəməlisiniz. Dəsgaha qoz, fınfıq, badam, ağ kişmiş, qara kişmiş, alma qurusu, doğranılmış limon, istəyə görə iki çeşid mürəbbə, pletka şokolad, kəllə qənd və küncütlü fıstıq daxildir. 

Yeməklər

Qiymət

Yumurta-pomidor

7.00 AZN

Azərbaycan sayağı səhər yeməyi

8.00 AZN

Kahvaltı Türk səhər yeməyi

10.00 AZN

“Mari Vanna”

Zərifə Əliyeva küçəsi 93 ünvanında yerləşən restoranda müştərilər seçmə yemək menyusundan sifariş verməklə hər səhərlərini dadlı keçirə bilərlər. Menyuya daxildir: Omlet (3 yumurtadan ibarət), Quryev fәsәlisi (xama vә ya qatılaşdırılmış süd ilә), Fәsәli (xama, mürәbbә, bal vә ya qatılaşdırılmış süd ilә), Fәsәli (әt ilә), Fәsәli (kәsmik ilә), ev sayağı kәsmikli kekslәr (xama, mürәbbә, qatılaşdırılmış süd vә ya bal ilә), tərəvəz kekləri (qaymaq, bal, ciyər, yoğrulmuş süd və ya bal ilə), Südlü siyiq (düyü ilә), Südlü siyiq (qarabaşaq ilә),  Yulaf yarması (süddә vә ya suda bişmiş).

Seçməli səhər yeməyi menyusu

Qiymət

Omlet

5.00 AZN

Quryevfәsәlisi

6.00 AZN

Fәsәli– süd və s.

4.00 AZN

Fәsәli– әtli

10.00 AZN

Fәsәli– kәsmikli

6.00 AZN

Kәsmiklikekslәr

7.00 AZN

Tərəvəz kekləri

10.00 AZN

Südlü sıyıq – düyülü

4.00 AZN

Südlü sıyıq– qarabaşaqla

4.00 AZN

Yulafyarması

4.00 AZN

“Nar Cafe”

Kafenin müştərilərinə hər gün bəlli saatlarda iki adda menyu təklif olunur. 

Milli səhər yeməyi menyusu -  Yumurta, qaymaq, yağ, bal, cem, ağ pendir, holland pendiri, çörək və limitsiz çay hər gün 10:00-dan 12:30-dək 09.00 manata servis edilir. 

Türk səhər yeməyi menyusu - Kərə yağı, xiyar, pomidor, zeytun (yaşıl, qara), cem, sucuk, vetçina, holland pendiri, təndir çörəyi və limitsiz çay hər gün 10:00-dan 12:30-dək 11.00 AZN-dir.

Ünvan: Hüseyn Cavid pr.17, “Glass Plaza”nın 4-cü mərtəbəsi.

“Hollywood Deluxe”

Badamdar şossesi 77 ünvanında yerləşən məkanda standart səhər yeməklərinə üç adda menyu daxildir.

Səhər yeməyi menyusu – Yumurta-pomidor, 8.00 AZN;

Azərbaycansayağı səhər yeməyi - 10.00 AZN;

Kahvaltı Türk səhər yeməyi - 12.00 AZN.

Digər xəbərlər