Banner

Turizm

Bakıda daha bir Hilton oteli fəaliyyət göstərəcək

Bakıda daha bir Hilton oteli fəaliyyət göstərəcək | FED.az
16:14 4 Yan 2019

Azərbaycanın "Pmdprojects" şirkətinin gələcək layihələrindən biri Bakıda "Hilton Garden Inn" otelinin tikintisidir.

FED.az şirkətin saytına istinadən xəbər verir ki, "Hilton Garden Inn" otelinin stili və rahatlığı bu oteli seçmək üçün əsas səbəblər olacaq:

Eləcə də bax: Otel xidmətçisindən otel sirləri: “Bir ailədən sonra nömrə bir həftə təmizləndi”

"Mövcud binanın yenidən qurulması ilə bağlı komandamız müştərinin bütün istəklərini nəzərə almağa çalışmışdır. Hilton Garden Inn Bakı şəhərinin mərkəzində, Rəşid Behbudov küçəsində yerləşir. Otel gözəl Bakı parkları ilə əhatə olunmuşdur. Otelin unikal restoran və kafesi təkcə qonaqlar üçün deyil, şəhər sakinləri üçün də əlçatan olacaq. Otelin möhtəşəm interyeri qonaqlara rahatlıq verəcəkdir".

"Hilton Garden Inn"  "Hilton"un 14 markasından biridir. 

Digər xəbərlər

Banner