Turizm

Bakı turizm baxımından - TBİLİSİNİ ÜSTƏLƏYİB VƏ XEYLİ İRƏLİDƏDİR

Bakı turizm baxımından - TBİLİSİNİ ÜSTƏLƏYİB VƏ XEYLİ İRƏLİDƏDİR | FED.az
08:39 1 Okt 2019

Azərbaycanda turizm daha çox inkişaf edir. Bu gün Bakı turizm baxımından Tbilisini üstələyib və xeyli irəlidədir.

FED.az xəbər verir ki, bu sözləri Gürcüstanın Hotellər və Restoranlar Federasiyasının təsisçisi Şalva Alaverdaşvili “Palitra” radiosuna müsahibəsində söyləyib.

Eləcə də bax: Gürcüstanın turizmdən gəlirləri - KƏSKİN AZALIB

O deyib ki, son illərdə Azərbaycanın turizm sektorunda dinamik inkişafı Gürcüstana gələn əcnəbi turistlərin sayının azalmasına səbəb olub.

“Azərbaycan 2013-2015-ci illərdə Gürcüstanda turizmin necə inkişaf etdiyini böyük maraqla izləyirdi. İndi biz buna bənzəyirik, çünki Bakı bizi üstələdi”, - deyə Ş.Alaverdaşvili vurğulayıb.

Azərtac

Digər xəbərlər