2025-ci ilin yanvar-may aylarında ölkədə ictimai iaşə dövriyyəsinin həcmi 750,3 milyon manat təşkil edib.
Bu barədə FED.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 18,2 faiz artıb. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 53,3 faizini təşkil edib.