Belarusun “Belavia” aviaşirkəti Azərbaycana müntəzəm uçuşları bərpa edib.
Eləcə də bax: Qroznıdan Bakıya müntəzəm aviareyslər - AÇILACAQ
FED.az xəbər verir ki, bu barədə Belarus Nəqliyyat Nazirliyinin teleqram kanalında məlumat verilib.
Bildirilir ki, uçuşlar hər gün yerinə yetiriləcək. Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də (hər iki halda yerli vaxtla) enəcək. Uçuş müddəti təxminən 4 saatdır.
Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək. Uçuş 4 saat 10 dəqiqə çəkəcək. (Apa)