Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" aviaşirkəti 2018-ci il sentyabrın 6-dan etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edir.
Şirkətin Bakı nümayəndəliyindən FED.az-a verilən məlumata görə, İstanbul Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.
Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti İstanbuldan Bakıya həftədə 4 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə uçuşlarının sayı beşə çatdırılacaq.
"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.
Xatırladaq ki, “Türk Hava Yolları” aviaşirkəti sözügedən hava limanına uçuşları 2015-ci ilin martın 15-də başlayıb və 2016-cı ilin payızında dayandırıb.
Bakı-İstanbul uçuşlarında yenilik - SABİHA GÖKÇEN
20:31
31 Avq 2018