Gələn il yanvarın 1-dən “S7 Airlines” aviaşirkəti Mahaçqala hava limanından Bakıya reyslər açacaq.
Eləcə də bax: Kaluqa və İrkutskdan Bakıya birbaşa uçuşlar - BAŞLAYIR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Mahaçqala hava limanının mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar şənbə günləri 176 sərnişin tutumuna malik komfortlu “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.