Bakı-Həştərxan aviareysi üzrə ilk uçuş mayın 16-da həyata keçiriləcək.
FED.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı “Buta Airways” tərəfindən “Embraer E-190” təyyarələri vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, ötən ilin dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib.
Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub.
Eləcə də bax: Azərbaycanlılara Şengen vizası verilməsi haqqında - MƏLUMAT YAYILIB