Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə bu ölkənin Xarici İşlər nazirinin birinci müavini Xusrov Noziri ilə görüşüb.
FED.az xəbər verir ki, Azərbaycanın Tacikistandakı Səfirliyindən Banker.az-a verilən məlumata görə, görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq işləri, 21-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə görüşündə Tacikistan nümayəndə heyətinin iştirakı müzakirə edilib, Bakı-Düşənbə aviareysinin açılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Eləcə də bax: Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes - FORUMU KEÇİRİLİR
Bakıdan bu şəhərə aviareyslərdə - TƏLƏBAT VAR
Nazir müavini son illərdə Azərbaycan universitetlərində tacik tələbələri üçün ayrılmış kvotaların sayının artırıldığını qeyd edib, bunun ölkələrarası humanitar sahədə əlaqələrin yeni uğuru kimi qiymətləndirib.