Bu gün səhər saatlarında Bakıdan Dubaya uçan “FlyDubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İranın Şiraz şəhərinin hava limanına məcburi eniş edib.
FED.az xəbər verir ki, təyyarənin yanına təcili tibbi yardım və yanğınsöndürən maşınları gəlib. Şirazın beynəlxalq hava limanının rəisi Ehsan Ostavari jurnalistlərə bildirib ki, pilotlar təyyarədə tüstüləmə gördükdən sonra aeroportdan enmək üçün icazə alıb və onlara icazə verilib.
Eləcə də bax:Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi? – DUBAYIN TARİXİ
Təyyarədəki 124 sərnişin və 6 ekipaj üzvü təxliyə edilib. Şirkətin mütəxəssisləri hadisə yerinə yola düşüblər. Sərnişinlər başqa təyyarə ilə yola salınacaq.
"Azərtac"