“Iraqi Airways” aviaşirkətinin aprelin 24-də həyata keçirməli olduğu Bakı-Bəsrə aviareysi ləğv edilib.
FED.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “IA-428” saylı Bakıdan Bəsrəyə olan uçuş saat 13:30-da “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.
Aviareysin hansı səbəbdən təxirə salındığı bildirilmir.
Qeyd edək ki, “Iraqi Airways” aviaşirkəti aprel ayında ikinci dəfədir ki, Bakı-Bəsrə reysini ləğv edib.