Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1 milyon 160,1 min nəfər olub.
FED.az xəbər verir ki, vətəndaşlarımızın 42,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox), 15,9 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 12,4 faizi Gürcüstana (8,0 faiz çox), 5,8 faizi İrana (36,3 faiz az), 23,2 faizi isə digər ölkələrə (4,1 faiz az) gedib.
Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.













