2017-ci ildə Monteneqroda etnik azərbaycanlı tərəfindən təsis edilən "Aithon Group of Companies" "Aiton" xizək mərkəzində otel layihəsi həyata keçirir.
FED.az xəbər verir ki, bu, Balkan ölkəsində azərbaycanlılar tərəfindən maliyyələşdirilən və ictimaiyyətə məlum olan ikinci turizm layihəsidir. Orxan İsmayılov keçən il iki yerli iş adamından "Aiton" xizək mərkəzində otelin tikintisinə ayrılmış 2000 kvadrat metr torpaq sahəsi alıb, - deyə Monteneqro mətbuatı yazıb.
Əqdin məbləği açıqlanmır. "Aithon" qrupunun korporativ veb-saytında "Aithon Durmitor" və "Aithon Ski Resort" şirkətinin təsisçisinin kimliyi barədə məlumat yoxdur. Ancaq ərazinin inkişaf planı geniş şəkildə təsvir olunur: 4 ulduzlu "Žabljak" və "Jezera" (konfrans mərkəzi ilə) otelləri, "Žabljak 2" tibbi mərkəzi olan dörd beşulduzlu otel, 14 nömrəli turist mənzilləri, "Momchilov Grad" restoranı və "Žičara" turist layihəsi.
2012-ci ildən etibarən Azərbaycan (əvvəlcə SOCAR, 2014-cü ildən Azərbaycan Global Investments investisiya şirkəti) Monteneqroda ümumi dəyəri təxminən 650 milyon avro olan möhtəşəm turizm layihəsi həyata keçirir.
Turan