Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən FED.az-a verilən məlumata görə, Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq protokol layihəsini tərtib ediblər.
Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya hakimiyyətləri tərəfindən öyrənilir
Son qərarın verilməsi və protokolun imzalanması Azərbaycan ilə Türkiyənin mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.