Rusiya Hava Nəqliyyat Federal Agentliyi bir sıra yerli aviaşirkətə Azərbaycana yeni uçuşlar həyata keçirmək üçün icazə verib.
Eləcə də bax: Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını - ASANLAŞDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, "Red Wings" şirkəti Samaradan Bakıya həftədə iki dəfə uçuş keçirmək üçün lisenziya alıb.
"Nordwind Airlines" aviaşirkətinə isə Novosibirsk, Nijni Novqorod və Omskdan Bakıya həftədə yeddi dəfə reyslərin keçirilməsinə icazə verilib.
"İkar" aviaşirkəti Omsk, Kemerovo, Çelyabinsk, Tümen və Novosibirskdən Bakıya, eləcə də Nijni Novqorod-Gəncə, Sankt-Peterburq-Qəbələ və Kaluqa-Qəbələ marşrutları ilə həftədə yeddi dəfə uçuşlar keçirə bilər.
"Alrosa" Jukovski-Bakı və Jukovski-Gəncə marşrutları ilə həftədə bir dəfə, "İrAero" isə Mahaçqala və Mineralnıye Vodıdan Gəncəyə həftədə iki dəfə reyslər üçün lisenziya alıb.