Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunur.
Eləcə də bax: Azərbaycan vətəndaşlarının - Vizasız Gedə Biləcəyi - 66 ÖLKƏ, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, bu məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dünən keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.