Rəsmi olaraq açıqlamaya görə, Azərbaycanda MDB ölkələrinə hava nəqliyyatı ilə olan gedişlərin qiyməti son bir ayda daha 14% bahalaşıb.
Eləcə də bax: AZAL-ın qiymətlərindən xarici iş adamları da narazıdır - AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, rəsmi statistikaya görə, Azərbaycanla Müstəqil Dövlətlər Birliyi ilə hava nəqliyatının 2021-ci ilin may ayında ortastatistik bir gedişinin qiyməti 1 254 manat olub.
Qeyd edək ki, aprel ayında bu rəqəm 1 097 manata yüksəlmişdi.
Ölkədaxili bir reysin qiyməti 54 manat, digər beynəlxalq reyslər isə 746 manat təşkil edir.