Naxçıvanda yeni fəaliyyətə başlayan Ağbulaq Qış-turizm istirahət mərkəzində qonaqlar üçün yaradılan şərait və qiymətlər məlum olub.
Eləcə də bax: Azərbaycanda yeni qıs-xizək turizmi mərkəzi - FƏALİYYƏTƏ BAŞLADI
FED.az biznez xəbərləri portalı Seyyah.az səyahət saytına istinadən xəbər veri ki, kompleksə giriş 5 manatdır, uşaqlar üçün vanna formasında xizək də 5 manatdır. Xizəklə giriş uşaqlar üçün 20 manat, böyüklər üçün 36 manatdır. Xizəklə daxil olanda 5 manat da bu məbləğin içərisindədir.
Kompleksdəki kanatdan istifadə isə bir dəfəlik 5 manat, gün ərzində istifadə isə 15 manat təşkil edir.
2 otaqlı kotecdə qalmaq səhər yeməyi ilə birlikdə 40 m anatdır.
Villa isə 2 nəfər olanda 80 manat, 3 nəfər 95 manat, 4 nəfər isə 110 manatdır. Villa iki otaqlıdır və burada əlavə rahatlıqlar var.
Kompleks Naxçıvan aeroportundan 55 kilometr məsafədədir, taksi ilə 1 saatlıq yoldur.