2019-cu ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 1.7 dəfə azalaraq 2.7 mlrd dollar təşkil edib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (1.4 mlrd. dollar) idxalı (1.3 mlrd.dollar) üstələməsi nəticəsində 80 mln.dollar həcmində profisit yaranıb.
2019-cu ilin 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18%, Azərbaycana gələnxarici vətəndaşların sayı isə 10% artıb.
Eləcə də bax:Ölkəyə daxil olan valyuta artıb - TƏDİYYƏ BALANSI
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,3 mlrd. dollar məbləğində olub. Bunun 90%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 13% azalaraq 28,1 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 31% artaraq 686.6 mln dollar olub.