Bu ilin I yarısında Azərbaycanın digər ölkələrlə turizm xidmətləri dövriyyəsinin dəyəri 739,596 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycandan ilk 6 ayda 5 milyard dollardan çox kapital - ÇIXARILIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan 314,767 milyon ABŞ dolları dəyərində xidmət idxal edib, 424,829 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bunlar 1 il əvvələ nisbətən müvafiq olaraq 0,65% çox və 24,35% azdır.
Son nəticədə turizm xidmətləri balansında 110,062 milyon ABŞ dolları kəsir yaranıb ki, bu da illik müqayisədə 2,3 dəfə azdır. (Report)