Xəbər verildiyi kimi, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında 7 yeni layihəyə start verilib.
Azərbaycan şirkəti Daşkənddə 133 milyon dollara yaşayış kompleksləri tikəcək
FED.az xəbər verir ki, ümumi dəyəri 520 milyon dollar olan layihələr Özbəskitanda və Azərbaycanda yeni müəssisələrin açılması, otel və yaşayış komplekslərinin tikintisinə əhatə edir. Bu layihələrdən ən böyüyü Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi. Layihənin dəyəri 200 milyon dollardır.
FED.az xəbər verir ki, sözügedən hotel kompleksi və rezidensiya Azərbaycanın ən böyük biznes qruplarından biri olan “Paşa Holdinq”in törəmə şirkəti olan “PD Estates” tərəfindən inşa ediləcək.
Özbəkistan hökumətinin bu il fevralın 14-də təsdiqlədiyi 2024-cü ilin birinci rübü üçün investisiya proqramının bir hissəsi olan bu layihə təxminən 200 milyon dollar dəyərində həyata keçiriləcək.
2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan bu 5 ulduzlu otel ümumilikdə 150 otaqdan ibarət olacaq. Layihənin ümumi dəyərinin 7 milyon dollarının rübün sonuna qədər investisiyalara (kreditlər daxil olmaqla) ayrılması nəzərdə tutulur.
Otel, mənzillər, biznes mərkəzi və butikləri olan çoxfunksiyalı kompleksin tikintisi üçün Tashkent City ərazisində 1,5 hektardan çox torpaq sahəsi ayrılıb.
Gələcək kompleksin dizaynı Yaponiyanın Nihon Sekkei və DP Architects şirkətlərinə həvalə edilib, tikitisii isə Murad Buildings şirkəti həyata keçirəcək. Bu şirkət Özbəkistanın ən hündür binası olan Nest One kimi mühüm layihələrdə işləyib.