Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin işgüzar turizm imkanları Almaniyada keçirilən, işgüzar tədbirlər sənayesinin mühüm sərgilərindən hesab olunan “IMEX Frankfurt” sərgisində təbliğ edilir.
İrana gedən Azərbaycan vətəndaşlarının - SAYI AZALIB
Dövlət Turizm Agentliyindən FED.az-a verilən xəbərə görə, sərgidə milli stenddə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün Azərbaycan Turizm Bürosu ilə yanaşı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi də daxil olmaqla ümumilikdə 10 yerli tərəfdaş təmsil olunur.