2024-cü ildə Azərbaycandakı hotellərin 76%-i boş qalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatında qeyd olunub ki, ölkə hotellərinin birdəfəlik tutumdan istifadə səviyyəsi 24%-ə bərabər olub.
Məlumata görə ən çox tutuma malik olan Şabran hotelləri olub. Rayon üzrə hotellərin 62,9%-i dolub. Naftalanda 46,1%, Bakıda 39,3% təşkil edib.
Hotelləri ən çox boş qalan rayonlar isə Neftçala (99,5%), Lerik (99,4%), Daşkəsən (99,2%), Gədəbəy (98,7%), Oğuz (98,3%), Qazax (97,8%) və Ağsu (97,2%) rayonları olub.
Hesabat dövründə 30 rayonun hotellərinin 90%-dən çox boş qalıb.