Bu ilin noyabr ayında Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək qiyməti Pakistanın Lahor şəhəri istiqamətində qeydə alınıb.
Azərbaycana təyyarə ilə səfər edənlərin sayı 34%-dən çox artıb
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına görə, Azərbaycan paytaxtından Lahora birbaşa uçmaq 351 avroya başa gəlib (tranzit uçuşun qiyməti açıqlanmayıb)
2-ci yerdə İtaliyanın Milan şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 239,3 avro və 139,2 avro təşkil edib.
Növbəti yeri Hindistanın paytaxtı Dehli tutub. Bu şəhərə birbaşa uçuş 209,3 avroya, tranzitlə uçuş isə 221 avroya başa gəlib.
Noyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 355,9 avro olmaqla Cənubi Koreyanın paytaxtı Seul istiqamətində qeydə alınıb.
İlk üçlüyə Yaponiyanın paytaxtı Tokio 1 305,8 avro və Belçikanın paytaxtı Brüssel şəhəri 980,9 avro qiymətlə daxil olub.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin qiymətləri açıqlanıb.
Gələn ay Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 168,3 avro ilə Novosibirsk şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 230 avroya başa gəlib. Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 23 % və 14,1 % azdır.
Sankt-Peterburqa uçmaq birbaşa 158,3 avroya (+37,6 %), tranzitlə 141,9 avroya (-50,8 %), Volqoqrada uçmaq birbaşa 130,1 avroya (-3,6 %), tranzitlə 161 avroya (- 30,6 %), paytaxt Moskvaya uçmaq birbaşa 120,1 avroya (-14,2 %), tranzitlə 127,4 avroya (- 4,1 dəfə ), Ufaya uçmaq birbaşa 109,6 avroya (-17,5 %), tranzitlə 137,8 avroya (-41,6 %), Samaraya uçmaq birbaşa 109,2 avroya ( - 18,8 %), tranzitlə 165,2 avroya ( - 23,1 %), Kazana uçmaq birbaşa 105,5 avroya (- 31,3 %), tranzitlə 145,5 avroya (- 2,6 dəfə ), Qroznıya uçmaq birbaşa 89,6 avroya (- 17,7 %), tranzitlə 193,3 avroya (- 13,3 %), Vladiqafqaza uçmaq birbaşa 89,1 avroya (ötən ilin eyni dövründə birbaşa uçuşlar qeydə alınmayıb), tranzitlə 234,7 avroya (-12%), Soçiyə uçmaq birbaşa 66,4 avroya (- 42,7 %), tranzitlə 96,9 avroya (- 4,3 dəfə), Mineralnıye Vodıya uçmaq birbaşa 60,9 avroya (- 54,5 %), tranzitlə 93,2 avroya (- 7 dəfə % ), Mahaçqalaya uçmaq birbaşa 56,4 avroya (-61,3 %), tranzitlə 114,6 avroya (- 50,1 % ), Həştərxana uçmaq 50,9 avroya (- 48,3 %), tranzitlə 177,4 avroya (- 35,2 %), Krasnoyarska uçmaq birbaşa olmasa da, tranzitlə 201,1 avroya (- 29,4 %) Nijni Novqoroda uçmaq birbaşa olmasa da, tranzitlə 145 avroya (- 36,6 %), Yekaterinburqa uçmaq birbaşa olmasa da, tranzitlə 141,9 avroya (- 5,8 dəfə) başa gəlib.
Gələn ay Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək qiymət 130,1 avro ilə Antalya şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 117 avroya başa gəlib.
İstanbula uçmaq birbaşa 90 avroya, tranzitlə 99,7 avroya, Ankaraya uçmaq tranzitlə olmasa da, birbaşa 71 avroya (- 2,1 dəfə), İzmirə uçmaq tranzitlə olmasa da, birbaşa 63,7 avroya, Alanyaya uçmaq birbaşa olmada da, tranzitlə 654,2 avroya başa gəlib.
Gələn ay BƏƏ-yə heç bir istiqamətə tranzitlə uçuşlar olmayıb. Şarjaya birbaşa uçmaq 140,6 avroya (- 31,7 %), Dubaya birbaşa uçmaq 121 avroya (- 51,7 %), Əbu-Dabiyə birbaşa uçmaq isə 73,7 avroya (+ 16,9 %) başa gəlib.
Noyabrda Gürcüstanın paytaxtı Tbilisiyə birbaşa uçmaq 44,5 avroya, Batumiyə tranzitlə uçmaq isə 113,3 avroya (- 2,7 dəfə) başa gəlib. 1-ci şəhərə tranzit, 2-ci şəhərə isə birbaşa reyslərin qiymətləri açıqlanmayıb. (Report)