2017-ci ildə Türkiyəyə köçən xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 22,4% artaraq 466 min 333 nəfərə çatıb. FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Statistikasında məlumat verilir. Türkiyəyə köçənlərin 52,3%-i kişi, 47,7%i qadınlardır.
Azərbaycanlı turistlərin Gürcüstandakı xərcləri azalıb
Türkiyədən xaricə köçənlərin sayı isə daha sürətlə – 42,5% artaraq 253 min 640 nəfərə çatıb. Türkiyədən köçənlrin 54 faizi kişi, 46 faizi isə qadınlardır.
Türkiyəyə ən çox köçənlər İraq, Əfqanıstan, Suriya, Azərbaycan və Türkmənistan vətəndaşlarıdır. Belə ki, öu ölkəyə köçənlərin 26,6% iraqlılar, 10,4% əfqanıstanlılar, 7,7% suriyalılar, 5,7% azərbayxanlılar və 5,6%-i türmənistanlılardır. Başqa sözlə, 2017-ci ildə 26 581 azərbaycanlı Türkiyəyə köçüb.
Türkiyədən köç edən xarici vətəndaşlar arasında isə ilk sıranı 20,4%-lə yenə də İraq vətəndaşları, 7,5 faizi Azərbaycan, 6,7 faizi Suriya, 4,6 faizi Əfqanıstan və 4,5 faizi Çin vətəndaşları tutur.
Türkiyəyə köçən hər 3 nəfərdən 2-si İstanbula yerləşir. Ötən il İstanbula 166 min nəfər xarici yerləşib. Sonrkı yeri 46,5 min nəfərlə Ankara, 21,9 min nəfərlə Antalya, 12 min nəfərlə İzmir və 11,2 min nəfərlə Bursa tutur.