2019-cu ilin fevralında Azərbaycandan Türkiyəyə 50,5 min turist səfər edib. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4,65 faiz çoxdur.
Qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,03 faiz təşkil edib.
Qurumdan bildirilib ki, Türkiyə Azərbaycandan turist axınının artmasında maraqlıdır:
"Azərbaycanlı turistlər əsasən Antalya və Muğla vilayətlərinə, həmçinin İstanbul və Ankara şəhərlərinə səyahət edirlər".
Nazirlikdən deyilib ki, ümumilikdə ötən ay Türkiyəyə 1,670 milyon turist səfər edib. Bu, 2018-ci ilin fevral ayı ilə müqayisədə 9,38 faiz çoxdur.
Həmin müddətdə İstanbula 984 min, Antalyaya isə 135 mindən çox turist gəlib.