Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 3 dəfə artaraq 184,2 min nəfər olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, gedənlərin 40,5 %-i Türkiyəyə, 24,9 %-i Rusiya Federasiyasına, 11,7 %-i İrana, 7,8 %-i Gürcüstana, 15,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 68,3 %-ni kişilər, 31,7 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Rusiyaya gedənlərin sayı 4,3 dəfə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 35 %-i dəmir yolu və avtomobil, 62,6 %-i hava, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib. (Report)