Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 1 215,5 min nəfər olub.
Yeni İli yerli hotellərdə qarşılamaq neçəyə başa gələcək – MƏKANLAR və QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə İrana gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,6 dəfə, Rusiyaya gedənlərin sayı isə 15,9 % artıb. Ölkə vətəndaşlarının 46,7 %-i Türkiyəyə, 17,9 %-i Rusiyaya, 11 %-i İrana, 8,7 %-i Gürcüstana, 15,7 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 64,3 %-ni kişilər, 35,7 %-ni qadınlar təşkil edib. (Report)