Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 983 min nəfər olub.
Eləcə də bax: Azərbaycana turist axını 2 dəfədən çox - ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə İrana gedən vətəndaşların sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,2 dəfə artıb.
Ölkə vətəndaşlarının 48 %-i Türkiyəyə, 17%-i Rusiya Federasiyasına, 11,4 %-i İrana, 8,4 %-i Gürcüstana, 15,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,9 %-ni kişilər, 36,1 %-ni qadınlar təşkil edib. (Report)