"Etihad Airways" aviaşirkəti Azərbaycan, Bəhreyn, Misir, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, eləcə də bu ölkələrdən olan uçuşlara qiymətləri azaldır.
FED.az xəbər verir ki, şirkətin yeni qiymət siyasəti əlavə baqajsız uçanlara şamil ediləcək. Belə ki, sərnişinlər özləri ilə 7 kiloqram çəkidə əl baqajı götürə bilərlər, əlavə baqaj üçün isə ödəniş edilməlidir.
Bildirilir ki, "Etihad Airways" siyasətini ötənilki zərər fonunda dəyişir.
Qeyd edək ki, 2017-ci ildə şirkətin zərəri 1,52 milyard dollar təşkil edib.