2023-cü ilin 11 ayında İstanbula gələn xarici turistlərin sayı 9% artıb.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 11 ayında İstanbula gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 9 artaraq 16 milyon 51 min nəfərə çatıb.
Türkiyənin Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 2022-ci ilin eyüni dövründə İstanbula 14 milyon 714 min nəfər gəlmişdi. Başqa sözlə son bir ildə turistlərin sayında 1 milyon 336 min nəfər artım olub.
Təkcə noyabrda şəhərə 1 milyon 288 min xarici turist gəlib. 2022-ci illə müqayisədə turistlərin sayı 4% azalıb.
İstanbula gələnlərin 905 min nəfəri İstanbul Hava Limanı, 340 min nəfər isə Sabiha Gökçen Beynəlxalq Hava Limanı ilə gəlib.
Turistlərin sayına görə birinci yeri ruslar tutur. Noyabrda Rusiyadan İstanbula 136 minə yaxın turist gəlib. Almaniyadan 90 min turist, İrandan 89 min nəfər, ABŞ-dan 62 min nəfər, İngiltərədən 51 min nəfər, Səudiyyə Ərəbistanından və Fransadan 43 min nfəər gəlib.
Bu dövrdə İstanbula BÖzbəkistandan 30 min, Azərbaycandan 27 min turist gəlib.