Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 66 398 nəfər səfər edib.
Eləcə də bax: Gürcüstanda turizm sektorunun birillik vergi borcu - SİLİNİB
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yanvar-iyunda Gürcüstan ümumilikdə 1,6 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur. Turistlərin sayı isə 1,2 milyon nəfər təşkil edib.
Qonşu ölkə yanvar-mayda turizmdən 840,9 milyon ABŞ dolları gəlir əldə edib. (Report)