Amerika prezidenti Co Bayden ABŞ-ın Meksika ilə sərhədini qanunsuz keçərək ABŞ-a gələn şəxslərə sığınacaq verməyi qadağan edib.
FED.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin ofisi Ağ Ev məlumat yayıb.
«Prezident Co Bayden Meksika ilə sərhədi qanunsuz keçərək ABŞ-a gələn miqrantlara siyasi sığınacaq verilməsinə qadağa qoyub»-deyə Ağ Evdən bildiriblər.
Bayden bildirib ki, ABŞ öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. «Buna görə də o bizim cənub sərhədlərimizi qanunsuz keçən miqrantlara qadağa qoyulması barədə tədbirləri elan edib»-deyə açıqlamada bildirilir.
Ağ Ev bildirirn ki, bu tədbir o zaman qüvvəyə minəcək ki, sərhədi qanunsuz keçənlərin sayı müəyfən həddi keçmiş olsun. «İndi məhz həmin vaxtdır»-deyə Ağ Evdən bildiriblər.