2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə yerləşdirilmiş şəxslərin sayı 1 milyon 945 min 49 nəfər olub.
FED.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 247 min 701 nəfər və ya 14,6 % çoxdur.
2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə yerləşdirilmiş şəxslərin sayı 1 milyon 697 min 358 nəfər olub.
İllik göstəricinin 1 milyon 594 min 500 nəfəri Bakıdakı hotellərin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 996 min 428 nəfər 19,8 % çoxdur.
Ötən il Qarabağda fəaliyyət göstərən hotellərdə yerləşdirilmiş şəxslərin sayı isə 36 min 859 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 5 min 372 nəfər və ya 17,1% çoxdur.
Hesabat dövründə Naxçıvandakı hotellərdə isə 9 min 836 nəfər və ya 17,3% az - 47 min 36 nəfər yerləşdirilib.