Azərbaycan Turizm Blogerləri Asosiasiyasının sədri, jurnalist Azər Qərib ölkədə hotellərin qiymətlərinin baha olması məsələsinə toxunub.
Eləcə də bax: Azərbaycanda hotellərə ulduz verilməsi üçün - RÜSUMUN MƏBLƏĞI AÇIQLANIB
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloger bildirib ki, Azərbaycanda yalnız hotellər deyil, digər ölkələrlə müqayisədə başqa şeylər də bahadır: "Məsələn bizdə maska 30 qəpikdir, Moskvada 4 qəpik, amma sözüm onda deyil. Hotellərin qiymətləri söhbətinə gələndə nədənsə hamı 5 ulduzlu hotellərin qiymətlərini misal gətirir.
Heç bir ölkədə 5 ulduzlu hotel ucuz deyil, nə rifahlı Avropada, nə acından günorta duran Maldiv adalarında.
Düzdür, xidmət (servis) sarıdan biz hələ ki, beynəlxalq standartlara tam çatmırıq, amma fakt budur ki, 5 ulduzlu hotel ucuz ola bilməz.
Ələlxüsus satış varsa, heç bir sahibkar öz malını ucuz satmaz, bəyənsək də belədir, bəyənməsək də. Yüksək maaş alan Almaniyada da belədir, qəpik-quruş alan Efiopiyada da".
Onun sözlərinə görə, ölkənin turistik və hotel potensialı 5 ulduzlu hotellərlə ölçülmür: "Əgər belə hotellərə alternativ varsa, əgər insanlar öz ciblərinə uyğun gecələmə imkanlarını əldə edə bilirlərsə bu, müsbət faktor kimi dəyərləndirilir".