2025-ci ilin yekunlarına əsasən, Azərbaycana səfər edən əcnəbilərin göstərilmiş xidmətlərdən məmnunluq dərəcəsi üzrə statistika açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ümumilikdə 179 min 255 nəfər turist göstərilən xidmətləri qənaətbəxş hesab etməyib.
Renkinqə Rusiya Federasiyası başçılıq edir. Bu ölkədən gələn 45 min 804 nəfər turist Azərbaycandakı xidmətlərdən narazı qalıb.
İkinci yerdə Türkiyə qərarlaşıb – qardaş ölkədən gələn qonaqların 23 min 63 nəfəri xidmət səviyyəsindən qane olmayıb.
Hindistan 16 min 722 nəfər göstərici ilə üçüncü sırada yer alıb. Qazaxıstandan gələn turistlərin isə 9 min 719 nəfəri xidmətləri bəyənməyib və dördüncü olub.
Digər ölkələr üzrə narazılıq göstəriciləri aşağıdakı kimidir:
Səudiyyə Ərəbistanından gələn 9 min 147 nəfər, Pakistandan gələn 7 min 532 nəfər turist xidmətlərdən narazı qalıb.
"Digər ölkələr" kateqoriyasında narazı olanların sayı 6 min 870 nəfər təşkil edib. Gürcüstan vətəndaşlarının 6 min 336 nəfəri xidmətləri qənaətbəxş hesab etməyib.
Siyahının son pillələrini Çin (6 min 5 nəfər) və İsrail (5 min 376 nəfər) tamamlayır.











