Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") Azərbaycan hökumətini sərhədlərin 2020-ci ilin iyun ayından başlayaraq bağlı olmasını nəzərə alaraq, pandemiya dövrünün sonuna qədər və karantin davam etdiyi müddət boyu turizm sektorunda çalışanlara minimal əməkhaqqı subsidiyasının verilməsinə çağırır.
Eləcə də bax: Rayonlara turist axını – İstirahət üçün Kirayə Evlərin Qiyməti Bahalaşır
FED.az xəbər verir ki, bu barədə "AmCham Azerbaijan"ın ölkə üzrə təqdim etdiyi növbəti "Ağ Sənəd"də deyilir.
Sənəddə bildirilib ki, turizm sektorunun yeni normalara uyğun fəaliyyət göstərməsi üçün sosial məsafə və tibbi təhlükəsizlik tədbirləri (hökumət tərəfindən maliyyələşdirilən mütəmadi COVID-19 testinin aparılması və maskadan istifadə olunması) ilə əlaqədar dəqiq təlimatlar işləyib hazırlamaq – bu, Azərbaycana daha çox qonağın cəlb olunmasına və gələcəkdə təhlükəsizliyinin təmin olunmasına şərait yaradacaq.
Qeyd olunub ki, Azərbaycanda turizm sektoru, pandemiya səbəbindən mənfi iqtisadi təsirlərin ilk dalğasına məruz qalmış digər dünya ölkələrlə müqayisədə istisna deyil. 2020-ci ilin aprel və may aylarında təqdim olunmuş əməkhaqqının subsidiyası yüksək qiymətləndirilib və istər şirkətlərdə, istərsə də işçi qüvvəsində əminlik yaradıb. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu vasitəsi ilə hökumət tərəfindən idarə edilən bərpa mərhələsinin bir hissəsi olmaq məqsədi ilə, işsizliyin qarşısını almaq üçün bu sahədə qeydiyyata alınmış və fəaliyyət göstərən şirkətlərin xərcləri qarşılanmalıdır. Bu, onların nəzarət altında olan nizamlı mühitdə fəaliyyət göstərməsinə və Azərbaycanın turizm sahəsində yeni normaların yaradılmasında öz töhfəsini verməsinə şərait yaradacaq. (Apa)