Turizm İnformasiya Mərkəzləri ləğv edilib.
FED.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edib
Dəyişikliyə əsasən, aşağıdakı turizm informasiya mərkəzləri ləğv edilib:
Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
Şamaxı Turizm İnformasiya Mərkəzi;
Xaçmaz Turizm İnformasiya Mərkəzi;
Quba Turizm İnformasiya Mərkəzi;
Lənkəran Turizm İnformasiya Mərkəzi;
Gəncə Turizm İnformasiya Mərkəzi;
Şəki Turizm İnformasiya Mərkəzi;
Zaqatala Turizm İnformasiya Mərkəzi;
Qəbələ Turizm İnformasiya Mərkəzi;
İsmayıllı Turizm İnformasiya Mərkəzi;
Bərdə Turizm İnformasiya Mərkəzi.
Xatırladaq ki, turizm informasiya mərkəzlərinini yaradılması Dövlət Turizm Agentliyinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır.
Belə ki, fevralın 8-də prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin fəaliyyətinin genişləndirilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən Dövlət Turizm Agentliyinin 8 regional bölməsi yaradılıb.
İndiyədək bu sahədə işlər turizm informasiya mərkəzləri vasitəsilə həyat keçirilirdi - hansı ki indi ləğv edildi.
Fərmana əsasən yaradılan regional mərkəzlər bunlardır - Bakı-Abşeron Regional Turizm İdarəsi; Gəncə Regional Turizm İdarəsi; Şəki Regional Turizm İdarəsi; Lənkəran Regional Turizm İdarəsi; Mingəçevir Regional Turizm İdarəsi; Quba Regional Turizm İdarəsi; Qarabağ Regional Turizm İdarəsi; İsmayıllı Regional Turizm İdarəsi.