“Azərbaycanda aktiv turizm bələdçilərii 3 ildən bir akkreditasiyadan keçməlidir”.
Eləcə də bax: Azərbaycanın bölgələrində turizm bələdçiləri sertifikatlaşdırmadan - KEÇƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.
“Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev isə deyib ki, akkreditasiya 200-500 manata başa gələcək.
“Biz istəyirik ki, bu məbləğin bir hissəsini Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu ödəsin. Ümid edirik ki, gələn ilin sonuna qədər bu, qəbul olunacaq”, - deyə o, qeyd edib.
T.Musayev ölkədəki bələdçilərin sayını da açıqlayıb: "Hazırda ölkəmizdə 300-ə yaxın turizm bələdçisi var. Optimallaşmadan sonra təxminən 100 turizm bələdçisi qalacağını düşünürük".