Azərbaycanda turistlərin cəlb olunduğu obyektlərin sırasına biri də əlavə olunacaq.
Eləcə də bax: Azərbaycanda hamam və saunaya - XƏRCLƏNƏN PULLAR AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyi turistlərə xidmətlərin və xidmət göstərilən obyektlərin çeşidinin genişləndiriməsi üçün işlərə başlayıb. Agentliyin bununla bağlı yekun vurduğu tenderə əsasən, bir sıra yeni turizm məhsullarının yaradılması nəzərdə tutulur.
«Turizm məhsullarının inkişafı ilə bağlı xidmətlərin satın alınması» tenderinə əsasən, söhbət Hamamların turizm məhsuluna çevrilməsi, Azərbaycanda quş gözləmçiliyi (birdwatching) turizminin inkişaf etdirilməsi, Qonaq evlərinin qiymətləndirilməsi, xəritə və bazanın yaradılması, Bakıda və regionlarda yemək masterklaslarının həyata keçirilməsi, Mədəni marşrutların yaradılması, Regionlarda ictimai muzeylərin turizm məhsuluna çevrilməsi, Atçılıq turizminin inkişaf etdirilməsi üzrə məsləhət xidmətlərinin verilməsindən gedir.
Qeyd edək ki, hamam və saunalar müstəqillik illərindən sonra Azərbaycanda artıq istirahət obyektlərinə çevrilib. Rəsmi statistikaya görə, son illər bu sahəyə xərclənən vəsaitlər artır. Təkcə 2018-ci ildə ölkə əhalisi hamam və duş xidmətlərinə 8,03 milyon manatan artıq vəsait xərcləyib. Qeyri-rəsmi dövriyyə isə bundan daha artıqdır.