11 fevral 2023-cü il saat 11.00-da “İmişli Mehmanxana” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncaqda 2022-ci ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi, Cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının yaradılması və digər məsələlər müzakirə olunacaq.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sualları ilə iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət edə bilərlər. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.