Azərbaycanda son illər sayı artan turistlərin tələbatını ödəmək üçün təkcə otellərdən deyil qonaq evlərindən də istifadə olunur.
Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb
FED.az xəbər verir ki, ölkədə turistlərə kirayəyə verilən evlərin sayı çox olsa da, bu sahədə də yeni şərtlər tətbiq edilib.
Qəbələdə üçbucaq evlərə tələb artır - VİDEO
Artıq yeni yaradılan Milli Rezervasiya Platformasına daxil edilmək üçün qonaq evləri bir sıra tələblərə cavab verməlidirlər. Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev FED.az-a bildirib ki, yeni şərtlər qonaq evlərində yaradılmış şərait, turistlər üçün müəyyən xidmətlər və təhlükəsizlik məsələlərini əhatə edir. Beləliklə…
Əvvəla qeyd edək ki, qonaq evi (guest house) - xidməti personalı olan, səhər yeməyi təklif etmək imkanına malik olan yerləşmə vasitəsidir.
Qonaq evlərinə tətbiq edilən minimum tələblər aşağıdakılardır:
− 6 otaqdan artıq qonaq evlərində gündə ən azı 8 saat aktiv olan məlumat/əlaqə
nöqtəsi olmalıdır;
− Qonaq evləri xidmət personalına malik olmalıdır;
− məlumat xidməti əlçatan olmalıdır;
− Rezervasiya xidməti mövcud olmalıdır;
− Qonaq otaqları minimum 13 kv.m sahəyə malik olmalıdır;
− Əşyalar üçün saxlanc ərazisi olmalıdır;
− Qonaqlar üçün nəzərdə tutulmuş sahələrdə və ya otaqlarda internet xidməti
təqdim edilməlidir;
− Qonaqlar üçün nəzərdə tutulan, istifadəyə yararlı mətbəx ərazisi və əsas mətbəx
avadanlıqları olmalıdır;
− Ümumi istirahət və əyləncə zonası olmalıdır;
− Tələb əsasında otaqların həftəlik və ya gündəlik təmizlik xidməti təqdim
edilməlidir;
− Hər 6 çarpayı üçün ən azı bir qadın və bir kişi tualet/duş otağı mövcud olmalıdır;
− Təqdim edilən nömrələrdə təbii işıqlandırma mümkün olmalıdır;
− Birmərtəbəli binalarda hər 6 çarpayı sayına müvafiq, çoxmərtəbəli binalarda isə
hər mərtəbədə istifadəyə yararlı yanğınsöndürmə balonları yerləşdirilməlidir;
− Binadan insanların köçürülməsi üçün Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmış təxliyyə planı nəzərəçarpan yerdə divardan asılmalıdır;
− Hər bir qonaq təmiz çarpayı və yataq dəsti ilə təmin edilməlidir.