2025-ci il üzrə Azərbaycanda fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin ən az gəlir əldə etdiyi rayonların siyahısı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, milyonlarla manat gəlirin həcmi bəzi bölgələrdə qeydə alınan gəlirlər minimum həddədir.
Ən az gəlir əldə edən rayonların siyahısında birinci yeri Zərdab rayonu tutur. Bu rayonda yerləşən mehmanxana tipli obyektlərin illik ümumi gəliri cəmi 10,1 min manat təşkil edib.
Gəlirlərin azlığına görə siyahıda ikinci yerdə 18,4 min manatla Ağdərə rayonu, üçüncü yerdə isə 27,5 min manat gəlirlə Daşkəsən rayonu qərarlaşıb.
Ardıcıllığa əsasən, ən az qazanc siyahısında dördüncü Ağdaş rayonu (33,0 min manat), beşinci Ağsu rayonu (45,4 min manat), altıncı isə Yardımlı rayonu (50,3 min manat) olub.
Bu onluğun davamında ən az gəlir əldə edənlər arasında yeddinci və səkkizinci yerləri müvafiq olaraq Neftçala və Göyçay rayonları bölüşür.
Bu rayonların hər ikisində hotellərin qazancı bərabər olmaqla 79,3 min manat təşkil edib.
Gəlirlərin azlığına görə ilk onluğun sonuncu – doqquzuncu və onuncu yerlərində isə yenə də eyni göstərici ilə Oğuz və Saatlı rayonları qərarlaşıb.
Bu iki rayonun da hər birində hotellər il ərzində cəmi 84,2 min manat gəlir əldə ediblər.












