Azərbaycanda yeni milli ulduz təsnifatı əsasında veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq.
Eləcə də bax: Qarabağda yüksək səviyyəli - Hotellərin Yaradılması Gündəmdədir
FED.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, cari ilin oktyabr ayından etibarən Azərbaycan Hotel Assosiasiyası (AHA) yüksək səs çoxluğu ilə "HotelStars" Birliyinin ulduz təsnifatı üzrə icraçı üzvü seçilib. Bu status vasitəsilə AHA artıq milli ulduz təsnifatını HOTREC və "HotelStars" Birliyi tərəfindən müəyyənləşdirilmiş Avropa hotel standart və meyarlarına əsasən həyata keçirəcəyini rəsmi olaraq təsdiqləyib: “Bununla da hotellərin təmin olunacağı ulduz nəinki yerli, həmçinin beynəlxalq platformada da digər Avropa hotelləri ilə birgə digital şəkildə nümayiş etdiriləcək və tanıdılacaq. Qeyd edim ki, AHA 2019-cu ilin may ayında HOTREC və Hotelstars Birliyinin müşahidəçi üzvüdür. Dekabrın 6-da isə Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı ilə təmin olunub. Ulduz təsnifatının icrası üzrə Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bürosu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlayıb”.