2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında mehmanxana (hotel) xərclərinin azalma dinamikası müşahidə olunan rayonlar da məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi rayonlarda bu sahədə ciddi geriləmə qeydə alınıb.
Siyahının bu hissəsində İmişli rayonu 14,5% və ya 43,4 min manat azalma ilə yer alıb.
Şabran rayonunda azalma 15,0% və ya 1 980,7 min manat təşkil edib.
Lerik rayonu 17,2% və ya 40,7 min manat geriləmə ilə növbəti sırada qərarlaşıb. Göyçay rayonunda isə azalma 30,2% və ya 21,6 min manat olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
İsmayıllı rayonunda 44,2% və ya 1 777,8 min manat azalma qeydə alınıb. Ağcabədi rayonu 44,9% və ya 60,7 min manat azalma ilə siyahıda yer alıb.
Cəlilabad rayonunda azalma 46,5% və ya 35,3 min manat olub. Balakən rayonu 47,0% və ya 251,8 min manat azalma ilə sırada davam edir.
Siyahının son pillələrini Oğuz rayonu (47,6% və ya 57,4 min manat) və ən kəskin azalma ilə Neftçala rayonu (51,3% və ya 5,9 min manat) tamamlayır.











