2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında mehmanxana (hotel) xərclərinin artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə bu sahədə 10,5% və ya 37 milyon 986,2 min manat artım qeydə alınıb.
Renkinqə Biləsuvar rayonu başçılıq edir. Rayonda xərclər ötən illə müqayisədə 2,4 dəfə və ya 90,1 min manat artıb.
İkinci yerdə Salyan rayonu qərarlaşıb – burada artım 2,1 dəfə və ya 79 min manat olub.
Qazax rayonu 62,7% və ya 78,5 min manat artım tempi ilə üçüncü sırada yer alıb. Astara rayonunda isə artım 46,5% və ya 253,6 min manat təşkil edib və dördüncü olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Xızı rayonunda 45,4% və ya 103,1 min manat artım qeydə alınıb. Gəncə şəhəri 43,1% və ya 1 milyon 36 min manat artım göstəricisi ilə altıncı yerdə qərarlaşıb.
Abşeron rayonunda artım 39,0% və ya 104,8 min manat olub. Zaqatala rayonu 34,8% və ya 110,9 min manat artımla siyahıda yer alıb.
Siyahının ilk onluğunu Saatlı rayonu (32,1% və ya 39,1 min manat) və Şamaxı rayonu (32,0% və ya 1 milyon 77,4 min manat) tamamlayır.











