Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən aparıcı turizm qurumları Tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək, turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək, “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını hazırlayıb, təqdim edib.
AZTA-dan FED.az-a bildirilib ki, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada, vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.
Azərbaycanda turizm şirkəti və hotellər üçün - QEYDİYYAT AÇILIB
Konsepsiya Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya Respublikada turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya, Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.
“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri, Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəkdir. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu Azərbaycan Turizm Assosiasiyasınin rəhbəri Əhməd Qurbanov deyib.
Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Hotellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi” Klubunun, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin və “İctimai iaşə sahəsində maarifləndirmə” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.